Avrasiya Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri məlum olub.
AYB-dən bildirilib ki, bu ilin iyununda başlanan müsabiqəyə 34 müəllif 44 hekayə təqdim edib. Nəticələrə əsasən, Təranə Vahidin “Mən toz dənəsiyəm” hekayəsi birinci, Cavid Zeynallının “Düşərgəyə adam gəlib” hekayəsi ikinci, Rəşid Bərgüşadlının “Qara buludlar” hekayəsi üçüncü yeri qazanıb.
Mükafatların təqdimatı noyabrda keçiriləcək. Birinci mükafata layiq görülən hekayə növbəti mərhələdə iştirak üçün Türkiyəyə göndəriləcək. Həmin mərhələnin mükafatlandırma mərasimi isə bu ilin dekabrında Almatıda olacaq.