Hüseyn Cavidin ev-muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi və böyük şair Hüseyn Cavidin anadan olmasının 134-cü ildönümü münasibətilə dəyirmi masa keçirilib.
“Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda tədbirdə çıxış edən muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ulu öndər Heydər Əliyevin böyük şair və dramaturqun irsinə daim yüksək diqqət göstərdiyini vurğulayıb. Bildirilib ki, Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev-muzeylərinin təşkil olunması da bu diqqətin nümunəsidir.
Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli böyük şairin, cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliği sahəsində muzeyin fəaliyyətini yüksək dəyərləndirib.
Sonda Hüseyn Cavidin şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.