Fransalı opera müğənnisi Pierre de Tregomain tanınmış muğam ifaçısı Qoçaq Əsgərovdan bu sənətin sirlərini öyrənmək üçün Azərbaycana gəlib. Bu haqda qəzetimizə xanəndənin özü məlumat verib. O bildirib ki, musiqişünas Sənubər Bağırova Fransadan bir nəfər musiqiçinin məndən muğam öyrənmək istədiyini söylədi, mən də razılıq verdim.
Fransalı sənətçinin Azərbaycan muğamı ilə tanışlığı Qoçaq Əsgərovun bir CD-ni dinlədikdən sonra baş verib. Caz ifaçısı olan əcnəbi sənətçinin məqsədi muğamla cazı sintez etməkdir.
Artıq Tregomain “Rast” muğamını “Vilayəti” şöbəsinə qədər öyrənib. O, “Bayatı-Şiraz”dan bir hissə, eləcə də “Ay Laçın” xalq mahnısını mənimsəyib. Hazırda “Qarabağ şikəstəsi”ni öyrənmək üzrədir.

Soltan