AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” monoqrafiyası İranda fars dilində çapdan çıxıb. Kitabı fars dilinə azərbaycanşünas alim İbad Məmizadə Ağdaşlı tərcümə edib. Nəşrin elmi redaktoru dil və ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru Zərrin Kazımidir.
İbad Məmizadə Ağdaşlının nəşrə yazdığı ön sözdə deyilir: “Kitabın tərcüməsi İran qorqudşünaslığını zənginləşdirməklə yanaşı, qorqudşünaslıq, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni üfüqlər açacaq”.
Monoqrafiyanın fars dilinə tərcümə olunması “Kitabi-Dədə Qorqud” eposunun öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği baxımından əhəmiyyətlidir.
S.Qaliboğlu