İyunun 22-də Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı sənətkarın memorial muzeyində tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova dahi vokalçının Azərbaycan musiqisinin inkişafında xidmətlərindən söz açıb, Bülbülün xatirəsinin əbədiləşdirilməsində, muzeyin yaradılmasında onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı Adelaida Məmmədovanın fədakar xidmətlərindən bəhs edib.
Tədbirdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimova, M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva, "Aytam" Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış ediblər.
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Asəf Zeynallının "Ölkəm" romansını, Fikrət Əmirovun "Muğam poeması"nı, Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Ü.Hacıbəylinin "Sevgili canan" romansını ifa ediblər.
Tədbirin sonunda muzeyin arxivində saxlanılan materiallar əsasında hazırlanmış, görkəmli mədəniyyət və incəsənət xadimlərinin Bülbül haqqında xatirələrindən ibarət videorolik nümayiş olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar