Oktyabrın 22-dən 30-dək növbəti Bakı Caz Festivalı keçiriləcək. Festivalın saytında yer alan məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkəti və “The Landmark hotel Baku”nun təşkilatçılığı ilə keçiriləcək tədbirin zəngin proqramı var.
Festivalın proqramında Qabriel Qrossinin triosu (Braziliya), İrakli Koyava və Levan Kemulariya dueti (Gürcüstan), “Plunge” triosu (İsveç), Antonio Lizananın qrupu (İspaniya), Pyer de Treqomaynın kvarteti (Fransa), Debora Karterin kvinteti (Hollandiya), Eren Coşkunerun kvarteti (Türkiyə), “Linley Marthe & Friends” (Fransa) qrupu, Albert Hera (İtaliya) və başqaları, ölkəmizin məşhur və gənc musiqiçiləri, Macarıstan, Yaponiya, Litva, Kolumbiya və s. ölkələrdən qrupların qatılacağı gözlənilir.
Festival müddətində ümumilikdə 60-dan çox tədbir nəzərdə tutulur.
Konsertlər “Rotunda Jazz Club”, İçərişəhərdə “Art Club”, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında təşkil ediləcək.
Festival oktyabrın 22-də “Rotunda Jazz Club”da Qabriel Qrossinin triosunun çıxışı ilə başlayacaq. Açılış münasibətilə rəssam Vüqar Əlinin caz sənətinə həsr etdiyi əsərləri, habelə fotoqraf Arkadi Mitnikin (Hollandiya) işləri sərgilənəcək.
Festivala Türkiyə, Norveç, Yaponiya, Almaniya, Kolumbiya, Avstriya, Fransa, İspaniya səfirlikləri və Bakı Fransız Liseyi də dəstək verir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar