Bakıda Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə musiqi axşamı təşkil olunub.
Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez çıxış edərək iki ölkə arasında dostluq əlaqələrindən söz açıb, mədəniyyət sahəsində əməkdaşlığın hər zaman diqqət mərkəzində olduğunu bildirib.
Azərbaycanın tolerant bir ölkə kimi dünyada tanındığını deyən diplomat Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını yüksək qiymətləndirib.
Səfir deyib: “Musiqi də multikulturalizmin hər dildə başa düşülən əsas rəmzlərindəndir. Fransızlar və azərbaycanlılar musiqi və incəsənəti sevir. Buna görə də biz Azərbaycanı sevdiyimiz üçün musiqi bayramını bura da gətirdik”.
Sonra konsert proqramı başlayıb. Tədbirdə Fransanın “The Voice” televiziya proqramının iştirakçısı, həmyerlimiz Araz Hümbətov, eyni zamanda “SubHe”, “Les Gamins + Fafee” qrupları, həmçinin Bakıdakı Fransa liseyinin solistləri və “Səs Azərbaycan” musiqi yarışmasının iştirakçıları olmuş - Hüseyn Abdullayev, Ağamehdi Mirzəyev, Ləman Dadaşova və Nigar Hüseynli çıxış ediblər.
Konsert maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar