Festival çərçivəsində fortepiano ifaçılarının müsabiqəsi də keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 5-dək VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Dünyanın tanınmış musiqi kollektivlərinin və musiqiçilərin iştirak edəcəyi bu festivalın proqramı açıqlanıb.

Festivalın saytında yer alan məlumata görə, açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
İyulun 31-də Vyana Akademik Orkestri səhnəyə çıxacaq. Orkestrin bədii rəhbəri Martin Haselblokdur. Həmin gün tamaşaçılar İspaniyanın “Suite Espanola” şirkətinin təqdimatında flamenko rəqslərini də izləyəcəklər.
Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər. Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni bölüşəcək.
Avqustun 2-də Fuad İsmayılovun xatirəsinə musiqi proqramı təqdim ediləcək. Həmin gün Kubanın “Gənc klassiklər” ansamblı da çıxış edəcək.
“Kiyev virtuozları” orkestrinin çıxışı avqustun 3-4-də olacaq. Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat dirijorluq edəcək. Avqustun 4-də həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək.
Festivalın sonuncu günü, avqustun 5-də piano musiqisi axşamı təşkil olunacaq. Festival “Kiyev virtuozları” orkestrinin konserti ilə başa çatacaq.
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano ifaçılarının müsabiqəsi də keçiriləcək. Müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir. I, II və III yeri tutan pianoçular müvafiq olaraq 5 min, 3 min və 2 min dollar məbləğində mükafat qazanacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar