İyunun 29-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə görkəmli bəstəkar Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunmuş elmi konfrans və fortepiano-ansambl, fortepiano-müşayiət üzrə respublika müsabiqəsinin yekun konserti keçirildi.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirdi ki, tədbirin əsas məqsədi Ədilə Hüseynzadənin əsərlərinin təbliğ edilməsi, eləcə də uşaq musiqi, incəsənət məktəblərində fortepiano ifaçılığı tədrisinin inkişaf etdirilməsi, bu istiqamətdə istedadlı şagirdlərin dəstəklənməsindən ibarətdir. Qeyd edildi ki, müsabiqə iştirakçılarının dinləmələri 6-11 iyun tarixində Bakıdakı Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində keçirilib.
Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Musayev müsabiqəyə respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən fortepiano-ansambl nominasiyası üzrə 240, fortepiano-müşayiət nominasiyası üzrə 251 ifa proqramı təqdim olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ümumilikdə müsabiqədə minə yaxın şagird iştirak edib. Onların ifalarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Tofiq Bədilxanovun sədrliyi ilə münsiflər heyəti qiymətləndirib.
Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşova çıxış edərək unudulmaz müəllim Ədilə Hüseynzadənin həyat və yaradıcılığından söz açdılar, xatirələrini bölüşdülər.
Daha sonra müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edildi. Tədbir qaliblərin ifasında geniş konsert proqramı ilə davam etdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar