İsveçin paytaxtı Stokholmda gənc ifaçıların beynəlxalq müsabiqəsi keçirilib. Ölkəmizi müsabiqədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 3-cü sinif şagirdi Münəvvər Əliyeva təmsil edib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, müxtəlif ölkələrdən 32 musiqiçinin iştirak etdiyi müsabiqədə təmsilçimiz 2-ci yerə layiq görülüb və münsiflər tərəfindən çox yüksək rəylər alıb.
Qeyd edək ki, münsiflər heyətinə amerikalı professor Tamara Poddubnaya və N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının professoru İvan Mixaylov sədrlik ediblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar