Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, vokalçı Nigar Nazim “Dua-Ave Maria” mahnısına klip çəkdirib. Mahnının müəllifi BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Klipin rejissoru Elvin Mirzəyev, operatoru Həmid Mehrəfruz (İran), aranjimançısı Etibar Əsədli, fotoqrafı Nərminə Həsənovadır.
Qeyd edək ki, bu, azərbaycanlı gənc müğənninin (soprano) ilk ciddi işidir. Fərhad Bədəlbəylinin əsərini ilk dəfə xalq artistləri Fidan və Xuraman Qasımovalar ifa ediblər. Klip bu gün dünyanı bürümüş müharibə, terrorizm və iztirablara qarşı kəskin etirazdır və yeni nəslə həyat bəxş edən qadının duası ağrı, ümid və sevgi hissi ilə yenidən ifa edilib. Klipdə uzaqdan, asimandan eşidilən azan və muğamın ilahi melodiyaları musiqinin təsirini daha da gücləndirir. Çəkilişlər Buzovnada aparılıb.
Nigar Nazim bu əsəri ilk dəfə 2008-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi olarkən Strasburqdakı fransız kilsə məbədində “Azərbaycan günü”nə həsr edilmiş konsertdə oxuyub.
İyulun 14-də “Crescent-Beach” hotelində klipin təqdimatı keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar