Slovakiyanın Nitra şəhərində keçirilən “Beynəlxalq Akademik Folklor Musiqisi Festivalı 2016” başa çatıb.
Hər ilin iyul ayında Slovakiyanın müxtəlif şəhər, habelə ali təhsil ocaqlarının folklor musiqisi ifa edən qrup və ansambllarının və müxtəlif ölkələrdən heyətlərin qatıldığı festivalda bu il Azərbaycanın səfirliyi tərəfindən respublikamızın da iştirakı təmin edilib. Ölkəmizi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Kamilə Nəbiyeva, Murad Kəngərli (xanəndə), Elçin Rəşidoğlu (aşıq), Ruslan Zərbaliyev (tar), Anar Yusufov (kamança) və Ağakərim Abbasovdan (nağara) ibarət ansambl təmsil edib. Ansamblın bədii rəhbəri Xalq artisti Zamiq Əliyevdir.
Nümayəndələrimiz Slovakiyanın Trençianske Tepliza, Podqoranı, Mala Leqota və Nitra şəhərlərində muğam, təsnif və mahnılardan ibarət konsert proqramları ilə çıxış ediblər.
Folklor ansamblının Slovakiya tamaşaçıları qarşısında hər gün iki saatlıq çıxışı ölkəmizin zəngin mədəniyyətinin təbliği, milli musiqi alət və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb. Ansamblın parlaq konsertləri folklor musiqisinə və xarici dövlətlərin milli mədəniyyətlərinə yüksək qiymət verən slovak tamaşaçılarına yaddaqalan təəssürat bağışlayıb.
Slovakiyanın Mədəniyyət Nazirliyi və festivalın əsas təşkilatçısı olan Təhsil, Elm, Tədqiqat və İdman Nazirliyi ölkəmizin iştirakına görə Azərbaycan səfirliyinin Bratislavadakı ofisi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar