Azərbaycanlı ifaçılar İranda geniş konsert proqramı ilə çıxış ediblər. Tehran şəhərində baş tutan “Ana” adlı konsert gitara ifaçısı Rəhman Məmmədov, gənc pianoçu və bəstəkar Tural Məmmədli və tarzən Şəhriyar İmanovun iştirakı ilə reallaşıb. Maraqla qarşılanan konsertdə ifaçılarımız “Yaralıyam, dəymə, dəymə”, “Dağlar qızı Reyhan” və digər xalq və bəstəkar mahnılarımızı səsləndiriblər.
Qeyd edək ki, musiqiçilərimizin qonşu ölkədə konsert proqramları davam edəcək. Belə ki, onlar avqustun 14-də Ərdəbildə, 15-də Təbrizdə, 21-də isə Zəncan şəhərində çıxış edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar