“Azərmarka” MMC Xalq artisti, məşhur tarzən Bəhram Mansurova (1911-1985) həsr olunmuş marka buraxıb.
Bu il 105 illiyi qeyd olunan Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərbaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq dünyaya yayılıb. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən beynəlxalq muğam simpoziumunda Azərbaycanı təmsil edib. B.Mansurov Sadıqcandan sonra muğamlarımızı klassik üslubda qoruyub saxlayan və təbliğ edən tarzən olub. Onun ifasındakı muğam, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar