Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya musiqi xəritəsinə daxil olan və bu il artıq səkkizinci dəfə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenə beynəlxalq mədəni dairələrin diqqət mərkəzində oldu. Festival haqqında “Euronews” telekanalının hazırladığı reportaj da bunu təsdiqləyir.

Musiqi milliyyəti, dili, dini fərqli olan insanları sehrinə salmaq, qəlbini ovsunlamaq qüdrətinə malikdir. Necə ki, ecazkar Azərbaycan musiqisi qəlbləri riqqətə gətirir, xalqımızın mədəni zənginliyini dünyaya nümayiş etdirir.
Reportajda müəllif yaxın illərə kimi Qəbələnin varlığından çoxlarının xəbərsiz olduğunu bildirir. İndi isə bu qədim şəhər musiqisevərlərin diqqət mərkəzindədir. Bir neçə gün ərzində Qəbələ Azərbaycanın musiqi paytaxtına çevrilir. Artıq 8 ildir bu şəhərdə beynəlxalq musiqi festivalı keçirilir.
Azərbaycan belə möhtəşəm tədbirlərin keçirilməsində artıq böyük təcrübəyə sahibdir. Bütün bunlarda Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri mədəniyyətimizin təbliğini yüksək səviyyəyə qaldırıb. Heydər Əliyev Fondunun layihəsi olan Qəbələ festivalı da bu sırada xüsusi yerə malikdir.
Xatırladaq ki, iyulun 30-dan avqustun 5-dək davam edən VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, İspaniya, İsrail, Litva və Kubadan tanınmış ifaçı, solist və dirijorları bir araya gətirdi. Festivalın iştirakçıları arasında “Wiener Akademie” (Avstriya), “Kiyev virtuozları” (Ukrayna) kamera orkestrləri, “Kastro Romero Flamenko” (İspaniya), «Jovenes Clasikos Del Son» (Kuba) ansamblları vardı. Festival günlərində dahi Azərbaycan və əcnəbi bəstəkarlarının əsərləri səsləndi, klassik və kamera musiqisi ilə yanaşı milli muğamlarımız ifa olundu.
Festival çərçivəsində IV Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi də keçirilib.
Avqustun 2-dən 5-dək davam edən müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları bacarıqlarını nümayiş etdiriblər.
Birinci yeri azərbaycanlı pianoçu Vurğun Vəkilov və rusiyalı Anna Kavalerova tutublar. İkinci yerə isə azərbaycanlı və rusiyalı pianoçular - Tofiq Şıxıyev ilə Yevgeniya Antonova çıxıblar. Musiqi yarışmasında üçüncü yeri tutan olmayıb. Rəşid Behbudov və Atabala Manafzadə fərqli ifalarına görə diplomla təltif olunublar. Qaliblərə və fərqlənənlərə pul mükafatları verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar