14-15 sentyabr tarixində Almatıda Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Göy bayrağım, dalğalan” devizi altında festival və konfrans keçirilib. Konfransda ölkəmizi Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə və Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova təmsil edib.
Z.Dadaşzadə konfransda “Azərbaycan musiqisi müasir mərhələdə: fraqmentlər, düşüncələr” adlı məruzəsində milli akademik musiqimizin geniş, rəngarəng panoramını diqqətə çatdırıb. L.Hüseynova çağdaş milli musiqinin maraqlı simalarından biri - Azər Dadaşovun sənət aləmi barədə məruzə ilə çıxış edib. Hər iki məruzə maraqla qarşılanıb.
Səfər çərçivəsində musiqişünaslar Kurmanqazı adına Qazax Milli Konservatoriyasında olublar. Təhsil ocağının rəhbərliyi ilə görüş zamanı əməkdaşlığın, o cümlədən elmi araşdırmalar sahəsində işbirliyinin perspektivləri barədə müzakirələr aparılıb.
Səfər zamanı Jubanovların ev-muzeyi də ziyarət edilib. Muzeydəki kitabxanada Üzeyir Hacıbəylinin partitura və klavirləri, seçilmiş əsərlərinin cildləri yer alır.
Ümumiyyətlə, Qazaxıstanda Azərbaycan musiqisinə xüsusi məhəbbət bəslənilir. Burada musiqi teatrının yaranmasında Üzeyir bəyin səhnə əsərlərinin rolu minnətdarlıqla qeyd edilir. Görüşlər zamanı qeyd edilib ki, musiqi tariximizdə ortaq nöqtələr çoxdur. Gələcəkdə belə görüşlərin davam etdirilməsi vacibdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar