Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü və 18 sentyabr - Milli musiqi günü münasibətilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
Çıxış edənlər Ü.Hacıbəylinin şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
Diqqətə çatdırılıb ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il dahi bəstəkarın doğum günündə onun xatirəsinə həsr olunan beynəlxalq musiqi festivalına start verilir. Builki festival çərçivəsində Qarabağ Muğam Mərkəzində də konsert təqdim olunacaq.
Bayram tədbirində dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. Konsert tamaşaçılarda xoş ovqat yaradıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar