Sentyabrın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Akademik Opera və Balet Teatrı və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə ərsəyə gəlib.
Əvvəlcə qonaqlar “Üzeyir Hacıbəyli-131” adlı sərgi ilə tanış olublar. Tədbirdə Üzeyir Hacıbəylinin ömür yolu barədə muzeyin arxiv materialları əsasında hazırlanmış fotoslaydlar nümayiş etdirilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Üzeyir Hacıbəylinin bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışıb. Vurğulanıb ki, Üzeyir bəy müsəlman Şərqində ilk operanın banisi olmaqla bərabər, milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan “Koroğlu” operasını yazıb, Azərbaycanda musiqişünaslıq elminin, musiqi təhsilinin əsasını qoyub.
Muzeyin şöbə müdiri Xanım Abdinova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, Üzeyir bəyin yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərli mənəvi sərvətdir.
Tədbirin bədii hissəsində Opera və Balet Teatrı solistlərinin, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və başqa bəstəkarların əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar