Bəstəkar İlyas Mirzəyevin əsəri tanınmış sənətçi Əlixan Səmədovun ifası üçün nəzərdə tutulub
İstanbulda yaşayan azərbaycanlı bəstəkar İlyas Mirzəyev “Balaban konserti” adlı simfonik əsər üzərində çalışır. Əsər Türkiyədə yaşayan tanınmış balaban ifaçısı, Əməkdar artist Əlixan Səmədovun ifası üçün nəzərdə tutulub.
Bu haqda qəzetimizə bilgi verən Ə.Səmədov bildirib ki, dünyanın çox ölkəsində olarkən balaban üçün yazılmış əsərlər ifa etməyimi, simfonik orkestrlə konsertlərimi istəyirlər: “Mən bu istəyi İlyas bəyə dedim, razılaşdıq. Bu əsər nəinki Azərbaycan, eləcə də dünya tarixində balaban üçün yazılmış ilk simfonik əsər olacaq. Artıq əsərin bir bölümü üzərində iş başa çatıb, indi növbəti bölüm üzərində işləyirik. Bununla da balaban dünyanın çox ölkəsində müxtəlif simfonik orkestrlərdə səslənəcək.”
Soltan