Oktyabrın 5-dən 12-dək Beynəlxalq Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən XIX “Opera günləri” keçiriləcək. Ənənəvi olaraq hər il baş tutan tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı, məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilib.
TÜRKSOY “Opera günləri”ndə türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival çərçivəsində konsertlər İstanbul və Girnə (Şimali Kipr) şəhərlərində keçiriləcək.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Prezident mükafatçıları - Xalq artisti Azər Zeynalov və Əməkdar artist Afaq Abbasova təmsil edəcək. Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar