Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının iştirakçıları arasında Almaniyanın məşhur “Millətlər Filarmoniyası” orkestri də vardı. Orkestr sentyabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.
Ertəsi gün Qəbələ şəhərinə yola düşən kollektiv burada musiqisevərlər qarşısına çıxıb.
Almaniyanın tanınmış dirijoru, pianoçu və solisti Yustuz Frantzın rəhbərlik etdiyi orkestr möhtəşəm konsert proqramı təqdim edib. Müxtəlif xalqların təmsil olunduğu “Millətlər Filarmoniyası” orkestrinin üzvləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Lüdviq Bethoven, Frederik Şopen və Antonio Vivaldinin əsərlərini böyük məharətlə ifa ediblər. Orkestri skripkada Avropa və Rusiyanın tanınmış musiqiçisi, Yustuz Frantzın həyat yoldaşı Kseniya Dobrovskaya müşayiət edib.
Almaniya orkestrinin repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinin ifası tamaşaçıların böyük marağına səbəb olub və musiqiçilər ayaqüstə alqışlanıb. İki saat davam edən konserti mindən çox tamaşaçı izləyib.
Qeyd edək ki, “Millətlər Filarmoniyası” orkestri il ərzində dünyanın müxtəlif şəhərlərində 200-ə yaxın konsert verir. Bakı və Qəbələdə çıxış edən orkestrin üzvləri növbəti konsert üçün Tbilisiyə yola düşüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar