Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdən biri sentyabrın 23-də Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində keçirilib.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konsertindən öncə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Qarabağ Muğam Mərkəzinin həyətində Üzeyir Hacıbəylinin büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Tədbir Azərbaycan Dövlət himninin oxunması ilə başlayıb. Ansamblın bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, böyük bəstəkarın ömür yolundan, zəngin yaradıcılığından danışıblar. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən Üzeyir Hacıbəyli musiqi festivallarının əhəmiyyəti qeyd olunub.
Sonra Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Ağcabədi şəhər İncəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin ifaçılarının təqdimatında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. Səslənən musiqilər, muğam və mahnılar, rəqslər, “Arşın mal alan” operettasından parçalar alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar