Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının iştirakçıları arasında İsraildən məşhur violin ifaçısı Haqay Şaham və pianoçu Yuliya Qurviç də vardı.
Sentyabrın 22-də Bakı Musiqi Akademiyasında (BMA) keçirilən festival konsertindən sonra Haqay Şaham gənc violin ifaçılarına ustad dərsi keçib.
BMA-nın mətbuat xidmətindən verilən məlumata görə, ustad dərsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Dərslərdən sonra Haqay Şaham deyib: “Bakı Musiqi Akademiyasında bir çox istedadlı gənclərlə tanış olduq. Onlara bəzi məsləhətlər verdim. Dərslər zamanı onların deyilənləri daha tez qavradığının şahidi oldum. Bu müsbət haldır. Dərslər çox təbii və səmimi ab-havada baş tutdu”.
Qonaq BMA haqqında fikirlərini də bölüşüb. Bildirib ki, bu, Bakıya ilk səfəridir: “Məni pianoda müşayiət edən Yuliya Qurviç Bakıda doğulub, orta təhsilinə burada yiyələnib. Bakı haqqında daim gözəl sözlər eşitmişəm. BMA ilə əməkdaşlıq etmək bizim Tel-Əviv Konservatoriyasının da marağındadır. Ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək və mən bir daha Bakıya gəlmək şansı əldə edəcəyəm”.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar