Oktyabrın 1-də Koreya Respublikasının Jenoju şəhərində dünya musiqisinə həsr olunmuş Sori musiqi festivalı keçirilib. Festivalda ilk dəfə olaraq Azərbaycan musiqisi də səslənib. Tədbirdə ölkəmizi xanəndə Arzu Əliyeva özünün muğam qrupu ilə təmsil edib. İfaçılarımız açılış konsertində Tayvan, Çin və Fransadan musiqiçilərlə eyni səhnəni bölüşüb.
Konsert çərçivəsində qonaqlara Azərbaycan muğamı və onun tarixi haqqında ətraflı məlumat verilib. Sonra A.Əliyevanın ifasında “Mahur” və “Şahnaz” muğamları ilə yanaşı, bir sıra xalq və bəstəkar mahnıları səsləndirilib.
Qeyd edək ki, konsertdə xanəndəni tarda və kamançada əməkdar artistlər Elşən və Malik Mənsurovlar, balabanda Abuzər Güləliyev müşayiət edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar