Ölkəmizdə istedadlı yaradıcı gənclər daim dövlət qayğısı ilə əhatə olunur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli fərmanına müvafiq olaraq hər il musiqi sahəsində xüsusi istedadı olan gənclər Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülürlər.
Prezident təqaüdçülərinin tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq respublikanın bölgələrində onların konsertlərini təşkil edir.
Növbəti belə tədbir sentyabın 29-da Biləsuvar şəhərində keçirilib. Tədbirdən əvvəl nazirliyin əməkdaşları, gənc musiqiçilər ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Sonra onlar Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun evinə gələrək ailə üzvləri ilə görüşüb və igid vətən oğlunun döyüş yolunu əks etdirən xatirə guşəsi ilə tanış olublar.
Biləsuvar şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş maraqlı konsert proqramında istedadlı gənc musiqiçilərin ifasında xalq musiqisi nümunələri, Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səslənib.
Tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, yeniyetmə və gənclər, ictimaiyyət nümayəndələri iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar