Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova oktyabrın 7-də Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə təşkil olunacaq vokal gecəsində iştirak edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, “ProkofyevFEST” festivalı çərçivəsində baş tutacaq gecəyə Rusiya ilə yanaşı, bir sıra ölkələrdən görkəmli musiqiçilər qatılacaq.
Rusiya Musiqi Mədəniyyəti Muzey Mərkəzində keçiriləcək konsertdə Fəridə Məmmədovanı fortepianoda Əməkdar artist Gülşən Ənnağıyeva müşayiət edəcək.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar