Azərbaycanın Macarıstandakı səfirliyində Xan Şuşinski Fondunun QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə üzrə xalq mahnılarından ibarət konsert proqramı təşkil olunub.
Konsertdə Xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Habil Əliyev, xanəndələr Ehtiram Hüseynov və Sevinc Sarıyeva iştirak ediblər.
Konsertdən əvvəl səfir Vilayət Quliyev musiqiçiləri və tamaşaçıları salamlayaraq Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, diaspor üzvlərinin vətənlə mədəni-mənəvi bağlarının gücləndirilməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ərəfəsində baş tutan tədbirin xüsusilə əlamətdar olduğunu, müstəqillik illərində musiqi mədəniyyətimizin də böyük inkişaf yolu keçdiyini bildirib.
Xan Şuşinski Fondunun rəhbəri, böyük xanəndənin qızı Bəyimxanım Verdiyeva-Cavanşirova çıxışında qurumun xətti ilə son illər bir sıra Avropa ölkələrində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Böyük maraqla dinlənilən konsertdə muğamlar, xalq mahnıları, məşhur bəstəkarların əsərləri səsləndirilib.
Tədbirdə Macarıstan paytaxtında yaşayan və təhsil alan azərbaycanlılar, diplomatik korpusun nümayəndələri, macar musiqi xadimləri iştirak ediblər.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar