Xəbər verdiyimiz kimi, “Kainat” Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə 8-ci Beynəlxalq uşaq muğam festivalını reallaşdırır.
Festivalın final tədbiri oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Gecədə Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Tacikistan və Qazaxıstan təmsilçilərinin iştirakı ilə yekun konsert və mükafatlandırma mərasimi olacaq.
Qeyd edək ki, beynəlxalq festival 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Festival çərçivəsində keçirilən builki müsabiqənin Azərbaycan üzrə seçim turu sentyabrın 24-də Bakı, Xırdalan, Sumqayıt şəhərləri daxil olmaqla, V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində keçirilib. Xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni beynəlmiləl tərkibli münsiflər heyətində bir mütəxəssis də təmsil edir. Münsiflər heyətinin sədri Xalq artisti, professor Ağasəlim Abdullayevdir.
Mərasimdə bütün ifaçılar mükafatlandırılacaq. Qaliblərə isə xüsusi diplom və hədiyyələr veriləcək. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir əcnəbi istedada “Repertuarına Azərbaycan muğamından parça daxil etdiyinə görə” nominasiyasında xüsusi diplom və hədiyyə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar