Özbəkistan müğənnisi Xursənd Şerov Azərbaycanın və SSRİ-nin Xalq artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin şərəfinə Daşkənddən Azərbaycana velosipedlə səfərə başlayıb.
Bu münasibətlə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yolasalma mərasimi keçirilib.
Mərkəzin direktoru Samir Abbasov bildirib ki, Xursənd Şerov zəmanəmizin tanınmış müğənnisi Müslüm Maqomayevin pərəstişkarıdır. O, Azərbaycan mədəniyyətinin və musiqisinin təbliği sahəsində fəaliyyətinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanına və xüsusi mükafata layiq görülüb.
Xursənd Şerov deyib ki, arzusu Müslüm Maqomayevin ana vətəni Azərbaycana velosipedlə səfər etmək, korifey sənətkarın məzarını ziyarət etməkdir.
O, turun təşkili ilə bağlı göstərdikləri dəstəyə görə Azərbaycanın Özbəkistandakı səfirliyinə və Mədəniyyət mərkəzinə minnətdarlığını bildirib. Sonra özbək müğənni Müslüm Maqomayevin “Azərbaycan”, “Sənsiz”, “Əziz anam” mahnılarını oxuyub.
Qeyd edək ki, müğənni Səmərqənd, Buxara, Xivə şəhərlərini keçərək Türkmənistana, oradan isə Bakıya getməyi planlaşdırır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar