Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalının konsert proqramları davam edir. Festivala Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan cazmenlər qatılıb. Həmçinin, Azərbaycanın caz ifaçıları və kollektivləri maraqlı proqramlarla çıxış edirlər.
Oktyabrın 24-də, festivalın 3-cü günü Hollandiyadan məşhur caz ifaçısı Debora Karter və kvinteti Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. Möhtəşəm ifa nümayiş etdirən D.Karter musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Qeyd edək ki, D.Karter ABŞ-da dünyaya göz açsa da, Havay və Yaponiyada yaşayıb, yaradıcılığını Hollandiyada davam etdirir.
Həmin gün “Rotunda Jazz Club”da Ehren Coşkuner (fleyta), Uraz Kivaner (klaviş), Ekin Bilgin (bas), Rikardo Marenqidən (zərb alətləri) ibarət Türkiyə kvartetinin konserti keçirilib. Kollektivin yaradıcısı Eren Coşkuner İstanbul Dövlət Konservatoriyasının məzunudur. Türkiyədə populyar olan kvartet müxtəlif beynəlxalq caz festivallarında və müsabiqələrində iştirak edib. Konsertdə “Long Way” albomundan kompozisiyalar böyük maraqla qarşılanıb.
Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində gənc caz ifaçıları müsabiqəsinin yekun konserti olub. Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb. Sonda gənc caz ifaçıları diplom və hədiyyələr ilə təltif olunublar.
Festivalın daha bir tanınmış iştirakçısı, bas-gitaraçı Linli Marten isə həmin gün “Rotunda Jazz Club”da ustad dərsi verib. Əslən Mavrikidən olan cazmen “Club Med” qrupunda debüt edib. Məşhur Fransua Jano onun ifasına maraq göstərib və 1993-cü ildə Parisə köçüb.
O deyib: “Bakıya üçüncü dəfədir gəlirəm və hər dəfə də tamaşaçıların musiqi duyumuna heyran oluram”. Gitaraçının sözlərinə görə, 7 yaşından musiqi ilə məşğul olub, 14 yaşında isə caz musiqisinə maraq göstərib. Atasının ona bağışladığı gitaradan heç vaxt ayrılmır və bütün konsertləri həmin gitarada çalır.
Oktyabrın 25-də “Rotunda Jazz Club”da Dinovski və Şubert duetinin (Makedoniya, Avstriya) və Albert Heranın (İtaliya) konsertləri də olub.
Caz festivalı oktyabrın 30-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar