Oktyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XI Forumu işə başlayıb.
İki gün davam edəcək tədbirə MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq elm və mədəniyyət xadimi, eləcə də gənclər təşkilatlarının liderləri, yaradıcı gənclər qatılıb.
Forumda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev də iştirak edir. Tədbirdə A.Usubəliyevin “Mədəniyyətlərarası dialoqun aktuallığı və siyasi təzahür formaları” mövzusunda məruzəsi dinləniləcək.
Forumun ilk günü “Debütlərin birliyi” beynəlxalq mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.
Bu il yeddi nəfər, o cümlədən azərbaycanlı gənc skripkaçı, virtuoz ifaçı Elvin Qəniyev mükafatın laureatı olub. 2008-ci ildə təsis edilən bu mükafat hər il humanitar sahənin inkişafına töhfəsinə görə gənc mütəxəssislərə verilir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar