Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təcrübəli müəllimlərin iştirakı ilə şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində mütəmadi ustad dərsləri təşkil edilir.
Oktyabrın 25-də Şəki şəhərində Şəki, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, kamança və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib. Dərslər fortepiano ixtisası üzrə şəhərin 4 saylı Uşaq musiqi məktəbində, kamança ixtisası üzrə Uşaq incəsənət məktəbində, violin üzrə 3 saylı Uşaq musiqi məktəbində, xor dirijorluğu üzrə isə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində təşkil edilib.
Ustad dərslərini Bakı şəhər 11 nömrəli Onbirillik musiqi məktəbinin direktoru, qrupun rəhbəri Rövşən Məmmədov (fortepiano), Abşeron rayon Xırdalan şəhər Uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov (kamança), Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, professor Hökümə Əliyeva (violin) və Zemfira Nurullayeva (xor dirijorluğu) aparıb.
Müəllim və şagirdlər tərəfindən böyük maraqla qarşılanan ustad dərslərində iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar