Oktyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqında “Oazis” simli kvarteti konsert proqramı ilə çıxış edib.
“Multikulturalizm ili” çərçivəsində təşkil olunan tədbirdə ittifaqın katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov kollektivin fəaliyyətindən danışıb. Vurğulanıb ki, kvartet Bəstəkarlar İttifaqının təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Cavad Tağızadənin rəhbərliyi ilə yaradılmış kvartet müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edərək dünyanın tanınmış mütəxəssislərindən ustad dərsləri alıb. Musiqiçilər Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ustalıqla ifa edirlər.
Konsertdə Cavad Tağızadə (I violin), Samir Əsədov (II violin), Anar Əliyev (viola) və Əyyub Əliyevin (violonçel) ifasında Q.Qarayevin “Simli kvartet”i, B.Bartokun 2 violin üçün “Miniatürlər” və A.Rzayevin ”Simli kvartet” musiqi əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar