“Euronews” televiziya kanalı 22-30 oktyabrda Bakıda keçirilmiş beynəlxalq caz festivalından süjet hazırlayıb. Süjetdə Azərbaycan paytaxtında ənənəvi caz musiqi festivalının keçirildiyi vurğulanır, Bakının bu günlərdə dünya caz mərkəzinə çevrildiyi qeyd olunur.
Bildirilir ki, builki festivalın proqramında 60-dan çox konsert yer almışdı. Festivalda yerli musiqiçilərlə yanaşı, dünya şöhrətli ifaçılar da iştirak ediblər.
Süjetdə Azərbaycanın caz tarixinə də nəzər yetirilib. Qeyd olunur ki, Bakıda caz hələ II Dünya müharibəsindən əvvəl - ötən əsrin 30-cu illərində yaranıb.
Bildirilir ki, festivala kiçikyaşlı musiqiçilər də qatılıblar. Onlar üçün xüsusi olaraq “Kids Jazz” (“Uşaqlar üçün caz”) proqramı və müsabiqə təşkil olunub. “On yaşlı saksafon ifaçısı Ləman Qasımova da onlardan biridir. O, üç ildir saksafonda ifa etdiyini deyir və peşəkar musiqiçi olmağı arzulayır”, - deyə süjetdə vurğulanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar