Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illik yubleyi ilə əlaqədar, onun “Seçilmiş əsərlər” adlı antologiyası işıq üzü görüb. 3 cildlik toplu Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın redaktorluğu ilə nəşr olunub.
   Antologiyada yazıçının “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanları, “Ərik ağacı”, “Gülbəsləyən qız”, “Günah kimdədir?”, “Mahnı və məhəbbət”, “Elçilər qayıtdı”, “Qocaların uşaq söhbəti”, “Vicdanın mühakiməsi”, “İnsanlıq fəlsəfəsi”, “Nazik mətləb”, “Vətən oğlu”, “Beş almışam!” və digər hekayələri daxil edilmişdir.
   “Mədəniyyət”