Aprelin 1-i yevlaxlılar üçün əsl mədəniyyət bayramı olub. Belə ki, həmin gün Yevlax şəhərində yeni inşa olunmuş Mərkəzi Elektron Kitabxananın açılış mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Yevlaxda mədəniyyət sahəsində görülən işlərdən danışaraq bildirib ki, şəhərdə Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev sarayı, xalq teatrı inşa olunub, uşaq kukla teatrının fəaliyyəti bərpa edilib, əhalinin asudə vaxtının səmərəli təşkili üçün istirahət parkları salınıb.
Elektron kitabxananın istifadəyə verilməsinin rayon əhalisi üçün böyük əhəmiyyət kəsb etdiyini deyən natiq bildirib ki, Heydər Əliyev prospektində inşa edilmiş kitabxana qiraət zalından, iş otaqlarından, elektron kitabxana zalından ibarətdir. Oxucularının sayı 18 min 600 nəfər olan iki fonddan ibarət kitabxanada 74 min nüsxə kitab var. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev elektron kitabxananın açılışı münasibətilə yevlaxlıları təbrik edib, son illər respublikada mədəniyyətin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb.
Rəmzi qırmızı lent kəsildikdən sonra kitabxanaya baxış keçirilib. Sonra qonaqlar bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş xalq teatrına gəliblər. Burada Dövlət Pantomim Teatrının aktyorları tərəfindən müxtəlif tamaşalar göstərilib.
Tədbirlər silsiləsinin davamı olaraq, Yevlax şəhərindəki Heydər Əliyev sarayında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Ansamblının konserti olub.
P.S. Müxbirimizin yuxarıda qeyd edilən mədəni hadisələrə dair geniş reportajı ilə növbəti sayımızda tanış ola bilərsiniz.