Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Mədəniyyət» qəzetinin keçirdiyi «Mədəniyyət mövzusunda ən yaxşı junralist işi» müsabiqəsi sona yetdi.
Artıq ənənəvi hal almış bu müsabiqənin məqsədi respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin, yaradıcı insanların həyat və yaradıcılıq prosesinin yeni forma və üslüblarla əks etdirilməsinə nail olmaq üçün ölkə jurnalistlərini bu işə daha məqsədyönlü cəlb etməkdən ibarətdir.
Ötən ilin ikinci yarısından start verilmiş müsabiqəyə respublikanın müxtəlif televiziya, radio, qəzet və jurnallarından 120-ə yaxın iş təqdim olunmuşdur. Tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti bu dəfə də redaksiyamıza daxil olmuş işlərə son dərəcə həssas və obyektiv yanaşmaqla, müsabiqənin tələblərinə tam uyğun olan müvafiq nominasiyalarda müəyyənləşdirmişdi.
Həmkarlarımızın diqqətinə yetirmək istəyirik ki, seçim zamanı mədəniyyət mövzularında davamlı və dinamik fəaliyyət nümayiş etdirən müəlliflərə üstünlük verilmişdir. Onu da qeyd edək ki, mükafatlar bu gün saat 15:00-da M.F.Axundov adına Milli Kitabxanada təqdim ediləcək.
Beləliklə, budəfəki müsabiqəmizdə həmkarlarımız aşağıdakı nominasiyalar üzrə qalib adını qazındı:
I yer
Rəhim Hüseynzadə “Qafqaz plus” jurnalı.
Sevinc Mürvətqızı, «525-ci qəzet».
II yer
Həmidə Nizamiqızı «Mədəniyyət» qəzeti.
Elmira Qasımova «Füyuzat» jurnalı.
III yer
Cavahir Səlimqızı “Mərkəz” qəzeti.
Təranə Məhərrəmova «Kaspi» qəzeti.
Televiziya və radiolar üzrə qaliblər
I yer
Dürdanə Hacıyeva, «Almanax» verilişi, İctimai Televiziya.
II yer
Ramil Ələkbərov, «Kinozal» TV proqramı, «Xəzər» TV.
Məmmədov Vüsal, «Mən aktyor olmaq üçün doğulmuşam», «Kəpəz» televiziyasından sənədli film.
III yer
Əli Əlioğlu, «Sözdən səsə» verilişi, Azərbaycan radiosu.