Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə yaradılan "Qızıl Kəlmə" Ədəbi Mükafatı komissiyası Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində 2008-2009-cu illər üzrə qalibləri elan etmişdir. Müsabiqə 4 nominasiya üzrə təqdim olunmuş 38 əsər arasında keçirilmişdir. Komissiya üzvlərinin yekdil qərarı ilə Qaliblər müəyyən edilmişdir:
Hüseynbala Mirələmov - ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabına görə
Aqil Abbas - nəsr əsərləri nominasiyası üzrə "Dolu" romanına görə
Elçin Hüseynbəyli - nəsr əsərləri nominasiyası üzrə "On üçüncü həvari - Don Juan" kitabına görə
Zakir Fəxri - poeziya əsərləri nominasiyası üzrə "Qalmaz belə, qalmaz dünya" kitabına görə
Taleh Həmid - poeziya əsərləri nominasiyası üzrə 4 cildlik kitabının 1-ci və 2-ci cildlərinə görə
Saday Budaqlı - orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Mixail Bulqakovun "Master və Marqarita" romanının tərcüməsinə görə
Məmməd Oruc - orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Gülşən Lətifxanın "Azər və Aida" romanının tərcüməsinə görə
Yunus Oğuz - "Nadir şah" romanına görə
Səlim Babullaoğlu - "İlyas Göçmənin şəkil dəftəri" şeirlər kitabına görə
"Qızıl Kəlmə" Ədəbi Mükafatının "Şans" ödülü ilə təltif olunurlar.
Laureatları təbrik edir və bildiririk ki, "Qızıl Kəlmə" Ədəbi Mükafatının təqdimat mərasimi bu gün saat 17:00-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Maraqlananlar dəvət olunur.