Noyabrın 30-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya məktəbi” ilə birgə böyük şair və dramaturq Hüseyn Cavidin 130 illiyi ilə bağlı tədbir keçirdi. Məktəbin konfrans zalında kitabxananın şöbə müdiri Nazilə Tahirova, əməkdaşlardan Leyla İbrahimova və Lamiyə Nəcəfova şairin əsərlərindən ibarət maraqlı sərgi guşəsi yaratmışdılar.
   Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Güntəkin Binnətova açaraq hər ay bir fənn üzrə belə tədbirlər keçirildiyini nəzərə çatdırdı: “Noyabr ayına planlaşdırdığımız ədəbiyyat fənni üzrə tədbirimiz görkəmli ədib Hüseyn Cavidin 130 illiyi ilə bir vaxta düşüb”. Sonra o, şairin kəşməkəşli həyat yolundan söz açdı. Şeirlərindən parçalar söylədi.
   “Cavid ömrü” filminin rejissoru Ramiz Həsənoğlu çıxış edərək görkəmli şairin həyat yolundan söz açdı. Filmin məktəblərdə nümayiş etdirilməsinin təqdirəlayiq olduğunu dedi. Bu, ədəbiyyat tariximizin xüsusilə şagirdlərə əyani şəkildə öyrədilməsi və təbliği baxımdan çox əhəmiyyətlidir.
   Xəzər Universitetinin qurucusu, ali məktəbin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı görkəmli şair və dramaturqun yaradıcılığından söz açdı. Bildirdi ki, H.Cavid yaradıcılığı çox mürəkkəbdir, onun əsərlərini bir dəfə oxumaqla dərk etmək çətindir. Bunun üçün ədibin “Peyğəmbər”, “Şeyx Sənan”, “Xəyyam”, “İblis” və digər əsərlərini təkrar-təkrar oxumaq lazımdır. H.Cavid yaradıcılığını şagirdlər arasında bu cür tədrisi və təbliği çox gözəldir. Sonra şairin “Qız məktəbində” şeirini oxudu və təhlil etdi.
   Tədbirdə məktəbin şagirdləri şairin şeirlərindən parçalar söylədilər. Sonda “Cavid ömrü” filmindən fraqmentlər göstərildi.

   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar