Dünən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri ilə əlaqədar Bakıda səfərdə olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mamadu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələr arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Respublikamızın mədəniyyət naziri 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar gerçəkləşən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr verdiyini vurğulayıb. Nazir Azərbaycanın Seneqalla mədəni əməkdaşlığının inkişafı üçün konkret təkliflərini bildirib, Seneqalın mədəniyyət nazirini dekabr ayında paytaxtımızda keçiriləcək “Bakı- İslam Mədəniyyətinin Paytaxtı- 2009” mədəniyyət ilinin bağlanış mərasiminə dəvət edib. Görüşdə iki ölkə arasında qarşılıqlı olaraq foto və rəsm sərgilərinin təşkili, müxtəlif kollektivlərin çıxışları və digər məsələlər də müzakirə olunub.