Populyar avstraliyalı müğənni Kayli Minouq özünün ən məşhur mahnılarının remiksindən ibarət disk buraxmağa hazırlaşır. Bu barədə «New Musical Express» xəbər verir. «Boombox» adlı disk 16 mahnıdan ibarət olacaq və 2009-cu il yanvarın 5-də geniş ictimaiyyətə təqdim ediləcək. Diskdə müğənninin 2001-ci ildəki «Can"t Get You Out Of My Head» hitinin miksi və «New Order» qrupunun «Blue Monday» mahnısı olacaq. Qeyd edək ki, Kayli Minouq 2002-ci ildə Londonda «Brit Awards» mükafatının təqdimetmə mərasimi zamanı bu mahnıların ümumi mövzusunda variasiyanı ifa edib. Bundan əlavə, yeni diskdə «Chemical Brothers», «Fischerspooner», «Mylo», «LA Riots»dən remikslər olacaq. Kayli Minouq karyerası ərzində on studiya albomu və bir neçə disk buraxıb. «Boombox» onun ikinci remiks albomudur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar