Hollivudda aktyor tətili ilə bağlı səsvermə yaxınlaşdıqca dünyanın ən məşhur ulduzları iki düşərgəyə bölünüblər. «E! Online» resursunun məlumatına görə, ABŞ Kino Aktyorları Gildiyasınıın prezidenti Alan Rozenberqin ünvanına iki ərizə daxil olub. Birinci ərizəni tətili dəstəkləyənlər, ikinci ərizəni isə bu addımın mili kino hasilatına ən ciddi zərbə vuracağını düşünənlər imzalayıblar.

Gildiya rəhbərliyinin fəaliyyətini tənqid edənlər arasında Tom Henks, Corc Kluni, Morqan Frimen, Kameron Diaz, Edvard Norton, Pit Brosnan kimi aktyorlar var: «Biz əminik ki, Gildiya tətili ratifikasiya etməməlidir. Həmkarlar İttifaqımızı və onun əsas məqsədlərini dəstəkləməklə yanaşı, güman edirik ki, hazırda həmkarlarımızın çoxunu işsiz qoymaq düzgün olmazdı».
Aralarında Mel Gibson, Ed Harris, Holli Hanter, Martin Şin kimi adların olduğu digər düşərgə isə əks mövqedədir. Onların fikrincə, Gildiya üzvləri üçün yeni əmək müqaviləsi ilə bağlı kinostudiya prodüserlərilə razılaşmanın olmaması tətili qaçılmaz edir və onun keçirilməsini əsaslandırır.


Qeyd edək ki, əvvəlki müqavilənin vaxtı 2008-ci il iyunun 30-da başa çatıb. Gildiya üzvlərinin ümumi səsverməsi 2009-cu il yanvarın 2-nə nəzərdə tutulub. Əgər bundan əvvəl Milli Şura tərəfindən qəbul edilən tətil qərarı dəstəklənsə, nəinki iri kino layihələrinin həyata keçirilməsi, eləcə də ABŞ-ın əsas kino mükafatlarının verilməsi də təhlükə altına düşəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar