İrlandiyalı ssenarist Qrehem Leynhen, eləcə də onun «Twitter» sosial şəbəkəsində təşkil etdiyi «Pis kino klubu»nun üzvləri dünya kinematoqrafiya tarixində ən keyfiyyətsiz filmlərin reytinqini tərtib ediblər. Böyük Britaniyanın «The Times» qəzeti 10 ən pis filmin siyahısını dərc edib.
   İlk yeri 2006-cı ildə çəkilən «Toxunulmuş adam» filmi tutur. Nikolas Keycin baş rolu ifa etdiyi və prodüseri olduğu bu film məntiqsizliklərin sayına görə bütün rekordları qırıb. Keyc özü isə ən pis kinoda daha çox çəkilən aktyorların siyahısındadır. Siyahıda ikinci yeri fantastik döyüş filmi olan «Müqəddəs» tutur. Bu film başqa şəklə düşməyi bacaran qəhrəmandan danışır. «The Times»ın tənqidçiləri onu tarixin «ən gurultulu, biyabırçı və absurd» filmi adlandırıblar.
   Ən pis filmlərin ilk üçlüyünü «Ballistika: X Siverə qarşı» tamamlayır. Bu filmdə iki gizli agent barədə danışılır. Film həm Antonio Banderasın, həmdə Lüsi Lyunun ən pis aktyor işi kimi qiymətləndirilib. Ən pis filmlərin ilk onluğuna «Döyüş meydanı: Yer kürəsi», «Yolkənarı qəlyanaltı», «Köpək balığı - 3», «Afrikadan», «Süni idrak», «Pişik qadın» və «Beşinci element» filmləri də daxil edilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar