İyunun 9-da görkəmli müğənni, Xalq artisti Rəşid Behbudovun (1915-1989) xatirə günü ilə bağlı sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimi Fəxri xiyabanda Rəşid Behbudovun qəbrini ziyarət etməklə başlayacaq. Sonra Mahnı Teatrında konsert olacaq.
   Qeyd edək ki, Rəşid Behbudov 1959-cu ildə SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib, ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat edib.