"Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi davam edir
   

   Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Mədəniyyət» qəzeti respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin, yaradıcı insanların həyatının və yaradıcılıq prosesinin yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq, ölkə jurnalistlərinin bu işə daha məqsədyönlü cəlb olunmasını təşviq etmək məqsədilə "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsini davam etdirir.
   
   
   
Müsabiqənin məqsədi, müddəti və şərtləri
   
   Müsabiqəyə təqdim edilən materiallar aşağıdakı tələblərə cavab verməlidir:
   - Mədəni-mənəvi ideya təyinatına uyğunluq, obyektivlik, peşəkarlıq, dilin səlisliyi, aktuallıq, mövzu şərhinə yaradıcı yanaşma;
   - Azərbaycan dövlətinin mədəniyyət siyasətinin normativ tələblərinə uyğunluq;
   - Qaliblər tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək;
   - Müsabiqənin yekunları 2010-cu il iyul ayının 20-dək elan ediləcək.
   
   Müsabiqənin mükafatları
   
   Birinci yer - Mədəniyyət mövzusunda ən yaxşı qəzet və jurnal yazısı üçün 1-ci dərəcəli diplom və 400 manat pul;
   Mədəniyyət mövzusunda ən yaxşı teleradio verilişi üçün 1-ci dərəcəli diplom və 400 manat pul.
   İkinci yer - Qəzet və jurnal yazısı üçün 2-ci dərəcəli diplom və 300 manat pul;
   Teleradio verilişi üçün 2-ci dərəcəli diplom və 300 manat pul.
   Üçüncü yer - Qəzet və jurnal yazısı üçün 3-cü dərəcəli diplom və 200 manat pul;
   Teleradio verilişi üçün 3-cü dərəcəli diplom və 200 manat pul.
   Hər biri 100 manat olmaqla 2 həvəsləndirici mükafat.
   Əsərlərin 2010-cu ilin may ayının 15-dən 2010-cu ilin iyul ayının 1-nə qədər mətbuatda dərc olunması və yaxud efirdə verilməsi zəruridir.
   Dərc edilən materiallarda “Mədəniyyət” qəzetinin keçirdiyi "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi üçün” qeydi olmalıdır.
   Müsabiqəyə təqdim edilən müəllif materiallar (məqalələr, televiziya və radio verilişləri) 2010-cu il iyul ayının 1-dək qəbul olunur.
   
   Ünvan: Moskva prospekti 1, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, Dövlət Film Fondu, 5-ci mərtəbə, "Mədəniyyət" qəzeti redaksiyası.
   
   
Əlavə məlumat üçün aşağıdakı telefonlara müraciət edə bilərsiniz:
   
   (99412) 431 57 72
   (99412) 530 34 38

   
   e-mail: medeniyyet_qazeti@yahoo.com