Böyük maliyyə böhranı məşhur aktyorlar, müğənnilər və prodüserlərin öz varidatlarının müəyyən hissəsini itirməsinə gətirib çıxarıb. Böyük Britaniyanın “The Times” qəzetinin məlumatına görə, məşhur müğənni Elton Con xüsusilə böyük itkiyə məruz qalıb.
Elton Con 2008-ci ildə 235 milyon funt-sterlinq dəyərindəki varidatının 26 faizini itirib. Tom Consun 2008-ci ildə 170 milyon funt olan varidatı 24 faiz azalıb. “Pop İdol” şousunun yaradıcısı Saymon Fullerin itkisi isə 33 faiz təşkil edib. Qeyd edək ki, 2008-ci ildə Fullerin 450 milyon funt-sterlinq pulu olduğu bildirilirdi. Amma məşhurlar arasında varidatını artıranlar da var. Məsələn, bir qədər əvvəl “Dig Out Your Soul” albomunu buraxan “Oasis” kollektivinin üzvləri - Liam və Noel Qallaxer qardaşlarının maliyyə imkanları 52 milyon artıb.
“Mamma mia!” müzikl və filminin prodüseri Cudi Kreymerin maliyyə vəsaitləri isə 29 faizə (75 milyon funt-sterlinq) qədər çoxalıb.