![](/img/news/700x420/1098.jpg)
Elton Con 2008-ci ildə 235 milyon funt-sterlinq dəyərindəki varidatının 26 faizini itirib. Tom Consun 2008-ci ildə 170 milyon funt olan varidatı 24 faiz azalıb. “Pop İdol” şousunun yaradıcısı Saymon Fullerin itkisi isə 33 faiz təşkil edib. Qeyd edək ki, 2008-ci ildə Fullerin 450 milyon funt-sterlinq pulu olduğu bildirilirdi. Amma məşhurlar arasında varidatını artıranlar da var. Məsələn, bir qədər əvvəl “Dig Out Your Soul” albomunu buraxan “Oasis” kollektivinin üzvləri - Liam və Noel Qallaxer qardaşlarının maliyyə imkanları 52 milyon artıb.
“Mamma mia!” müzikl və filminin prodüseri Cudi Kreymerin maliyyə vəsaitləri isə 29 faizə (75 milyon funt-sterlinq) qədər çoxalıb.