Məşhur Hollivud aktrisası Salma Hayek ikinci dəfə ərə gedib. O, Venesiyadakı «La Fenice» opera teatrında həyat yoldaşı Fransua-Anri Pino ilə növbəti dəfə toy edib.
   Cütlüyün birinci nikahı fevralın 14-də - «Sevgililər günü»ndə Parisdə olub. O zaman toyda Salma Hayekin və Pinonun ancaq yaxın qohumları iştirak ediblər. Bu dəfə isə Venesiyaya cütlüyün dostları və həmkarları onları təbrik etməyə yığışıblar. «People» jurnalının məlumatına görə, qonaqlar arasında məşhur serbiyalı rejissor Əmir Kusturitsa, modelyer Stella Makkartni, aktrisalar Penelopa Kruz, Şarlz Teron, Eşli Cad, «U2» qrupunun solisti Bono, Amerikanın «Vogue» jurnalının redaktoru Anni Vintu və başqaları olub. Fransanan keçmiş prezidenti Jak Şirak da toyu ziyarət edib. Ümumilikdə isə «La Fenice»yə 150-dən çox qonaq yığışıb.
   Xatırladaq ki, Salma Hayek və Fransua-Anri Pino 2006-cı ilin mayında Venesiyada tanış olublar. 2007-ci ilin martında sevgililər nişanlandıqlarını elan ediblər. Həmin ilin sentyabrında Hayekin Pinodan qızı olub. Bundan sonra cütlük 5 dəfə ayrılaraq yenidən birləşib. 2009-cu ilin əvvəlində isə onlar nəhayət evlənib.
   Fransua-Anri Pino Fransanın ən varlı biznesmenlərindən sayılır. «Artemis» holdinqinin varisi öz atasının varidatını 2 dəfə artırıb. Ekspertlərin hesablamasına görə, hazırda onun varidatının ümumi məbləği 16,9 milyard dollara çatır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar