Məşhur Hollivud aktyoru Şon Penn 20 il birgə yaşadığı həyat yoldaşı Robin Raytdan ayrılır. Onlar aralarındakı fikir ayrılığını həll edə bilməyərək boşanmaqla bağlı yenidən məhkəməyə ərizə veriblər. «People» jurnalı bildirir ki, ayrılmaq təşəbbüskarı 47 yaşlı Penn olub. Boşanma ərizəsi Marin dairəsinin Kaliforniya ştatının məhkəməsinə təqdim edilib.
   Hollivud ulduzunun ailəsində bundan əvvəl də fikir ayrılığı olub. 2007-ci ilin dekabrında cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Amma sonra onlar barışıblar və ərizəni geri götürüblər. Üstündən təxminən 1,5 il keçəndən sonra Penn və Rayt yenidən məhkəməyə müraciət ediblər.
   Agentliklər qeyd edirlər ki, Şon Penn və Robin Rayt sonuncu dəfə «Oskar» mükafatının təqdimetmə mərasimində bir yerdə görünüblər. O zaman Penn «Harvi Milk» filmində əsas rolun ifaçısı kimi qızıl heykəlcik alıb. Maraqlıdır ki, Penn mərasimdə təşəkkür nitqi zamanı ənənəyə zidd olaraq həyat yoldaşının adını çəkməyib. KİV hələ o zaman bu məqama diqqət yetirib. Güman edildiyinə görə, onların arasındakı yeni mübahisəyə də məhz bu məqam səbəb olub.
   Aktyorlar 1990-cı ildə «Günahın təmizlənməsi vəziyyəti» filminin çəkilişləri zamanı tanış olublar. Sonradan onlar «O, çox gözəldir» və «Çaxnaşma» filmlərində bir yerdə oynayıblar. Cütlüyün 2 uşağı var: 18 yaşlı qızları Dilan Fransis və 15 yaşlı oğulları Hopper Cek. Penn uşaqlar üzərində hər iki valideynin bərabər qəyyumluğunun olmasını tələb edir. Məhkəmə ərizəsində qeyd edilir ki, onlar faktiki olaraq 2009-cu il aprelin 23-də boşanıblar.
   Aktyorun yeni rəfiqəsi model Petra Nemtsova ola bilər. Onlar bir neçə dəfə xüsusi gecələrdə və klublarda bir yerdə peyda olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar