«Eurovision» mahnı müsabiqəsində Belarus nümayəndə heyətinin başçısı müğənni Pyotr Yelfimovun əvəzinə üzr istəyib. «İnterfaks» agentliyinin məlumatına görə, belaruslu müğənni uğursuz çıxışından sonra kameralar qarşısında müsahibə verən zamanı küçə söyüşü söyüb.
   Aleksandr Martınenko ilk növbədə jurnalistlər qarşısında müğənninin sözlərinə, qeyri-etik hərəkətlərinə görə üzr istəmək istədiyini bildirib: «Mənim fikrimcə, o, emosiyaya qapıldı və özünü idarə edə bilmədi. Əlbəttə, belə etmək olmaz. Bu həddən artıq böyük eybəcərlikdir». Lakin Yelfimov təkcə söyüşlə kifayətlənməyərək Belarus nümayəndə heyətini fəaliyyətsizlikdə ittiham edib: «Mən prezident Aleksandr Qriqoriyeviç Lukaşenkonun özünə sual verməsini istəyirəm: Belarus ifaçısının hazırlığına ayrılan pullar hara gedib? Belarus nümayəndə heyəti burada nə işlə məşğul olub?»
   Nümayəndə heyətinin rəhbəri bu sözləri şərh etməkdən imtina edib: «Ən yaxşı şərhi tamaşaçılar səsvermə zamanı veriblər. Bu şərhlə mübahisə etmək axmaq iş olardı».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar